Heqset: ABŞ ordusu İrana zərbə endirməyə tam hazırdır
03.08.2026

ABŞ ordusu zərurət yaranacağı təqdirdə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyə hazır vəziyyətdədir.

Bu barədə  ABŞ-ın müharibə naziri Pit Heqset “X” sosial şəbəkəsində bildirib. 

“ABŞ Müharibə Nazirliyi hazır idi və hazır olaraq qalır. Bu hazırlıq səviyyəsi İkinci  Dünya müharibəsindən bəri görünməmiş miqyasdadır. Silahlar istifadəyə hazırdır”, – Heqset yazıb.

Qeyd edək ki, bu bəyanat  ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları və Vaşinqtonla Tehran arasında gərginliyin yenidən artdığı bir vaxta təsadüf edir.

visiontv.az