Həmədanın Bu-Əli Sina universitetinin bir neçə tələbəsi həbs edilərək naməlum yerə aparılıb.
Bu haqda tələbə hərəkatı fəalları məlumat yayıb.
Məlumata görə, onlar iraqlı tələbələrin universitetdə özbaşınalıqlarına görə etiraz aksiyası keçirdikləri üçün saxlanılıblar.
Onlara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib.
Qeyd edək ki, son günlər həmədanlı tələbələr iraqlı tələbələrin universitetdə qeyri-etik davranışları və qız tələbələrə qarşı əxlaqsız hərəkətlərinə görə etiraz aksiyaları keçiriblər.
Onlar, iraqlılarınuniversitetdən çıxarılmasını təlb edib, yerli tələbələrin hüquqlarının ərəb tələbələrə görə pozulduğunu bildiriblər.
İraqlı tələbələrin bir çoxu İranın dəstəklədiyi "Həşəd əl-Şəbi" silahlı qruplaşmasına bağlı şəxslərdir.
Onlar İran universitetlərinə sınaqsız qəbul olunur, ödənişsiz təhsil alır və xüsusi imtiyazlardan istifadə edirlər.
visiontv.az