HƏMAS-ın sözçüsü: “Silahsızlaşdırma məntiqsizdir”
09.10.2025

İran dövlət televiziyasına müsahibə verən HƏMAS-ın Tehrandakı sözçüsü Xalid Qədumi hərəkatın tərksilah edilməsinin “tamamilə məntiqsiz” olduğunu deyib:

“HƏMAS müharibəyə son qoymağın tərəfdarıdır. Biz ağıl və məntiq əsasında, Qəzzada humanitar böhranı yüngülləşdirmək üçün danışıqlar aparırıq”.

Onun sözlərinə görə, “gələcəkdə Qəzzada İsrail olmayacaq”.

Sözçü qeyd edib ki, Misir Xarici İşlər Nazirliyi bazar ertəsi Qahirədə Qəzzada atəşkəs danışıqlarının başlanacağını açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl “Truth Social” hesabında yazıb: “HƏMAS razılaşmanı təsdiqlədikdən sonra atəşkəs dərhal qüvvəyə minəcək. Girovların mübadiləsi başlayacaq və qoşunların (İsrail) çıxarılması mərhələsi bölgədə üç min illik faciənin sonuna yaxınlaşmağa şərait yaradacaq”.

visiontv.az