Paşinyanın Moskvaynan bağlı dedikləri ilə əməlləri üst-üstə düşmür
24.06.2026

Ermənistan hakimiyyətinin Rusiya ilə əlaqələrin inkişafı və dəstəklənməsinin vacibliyi haqqında bəyanatı onun Avropa Birliyinə üzvlüklə bağlı praktiki addımları ilə üst-üstə düşmür.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz erməni məmurlardan Moskvanın tərəfdaş kimi vacibliyi, eləcə də Yerevanın Rusiya ilə münasibətləri inkişaf etdirib, dəstəkləmək niyyəti haqqında bəyanatları eşidirik. Lakin biz bu sözlərin hərəkətlər və Avropa Birliyinə qəbul olmaq barədə birmənalı bəyanat verən erməni rəhbərliyinin addımları ilə uyğun olmadığını görürük” - deyə o bildirib.

Moskva uzun müddətdir Ermənistandan Avrasiya İttifaqında qalacağı və ya Avropa Birliyinə doğru hərəkət edəcəyinə aydınlıq gətirməsini istəyir. Bu fonda Avrasiya İttifaqına üzv dörd ölkə Ermənistanı bununla bağlı dərhal referendum keçirməyə çağırıb.

Bununla belə Nikol Paşinyan və komandası referendum ideyasını qəbul etmir. Onlar bunun mənasız olduğunu çünki Ermənistanın hələlik AB üzvlüyünə müraciət etmədiyini bildirib.

visiontv.az