Hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir?
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, özü də universiteti bitirəndə təyinat alıb: “İstəməsəm də gedib təyinatla göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir. Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınanaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, deputatın dediklərinizin arxasında fakt yoxdur: “Heç olmasa deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə məlumat verin. Haradan bilirsiniz, həkim yoxdur?!”