“Ön şərtlərimiz həyata keçməyənə qədər, Amerika ilə danışıqlara başlamamalıyıq”
Bu barədə İran parlamentinin bəyanatında bildirilib.
Qeyd edilib ki, Amerika dialoqdan İranı aldatmaq və İsrailin qəfil hücumunu gizlətmək kimi istifadə etdiyinə görə, hazırkı şəraitdə danışıqlar aparmaq olmaz.
“Biz danışıqlar üçün ön şərtlər qoymalıyıq və bu şərtlər ödənilməyənə qədər Amerika ilə heç bir dialoqa getməməliyik”- İran parlamentinin bəyanatında qeyd olunub.
Xatırladaq ki, Amerika prezidenti Donald Tramp da İranla danışıqlar üçün tələsmədiyini bildirmişdi.
visiontv.az
Rusiya Mərkəzi Bankı: Avropa İttifaqının onun aktivlərindən istifadə planları qanunsuzdur