Hakan Fidan Azərbaycana səfər edəcək
14.09.2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

Bu barədə “Axşam” qəzeti məlumat yayıb.

Türkiyənin XİN başçısının səfəri 15-16 sentyabr tarixlərində nəzərdə tutulub.

Hakan Fidanın Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi planlaşdırılır.

Eyni zamanda, Hakan Fidan  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla, habelə Azərbaycanın müdafiə naziri  Zakir Həsənovla görüşəcək.

visiontv.az