Kobaxidze: Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir
17.09.2026

“Gürcüstan İrana qarşı hər hansı ikitərəfli sanksiyalar tətbiq etmir. Bu, absurd və səhv olardı”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın mövcud sanksiya rejiminə tam uyğun hərəkət etdiyini bildirib.

“Gürcüstan hər zaman müxtəlif ölkələrin sanksiya rejimlərini nəzərə alır. Konrekt qurumlar və dövlətlər bu cür sanksiyalar tətbiq edəndə biz də müvafiq qərar qəbul edirik”, - deyə İrakli Kobaxidze əlavə edib.

Qeyd edək ki, sentyabrın 8-də  ABŞ Maliyyə Nazirliyinin  Xarici  Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Onların arasında İranla Gürcüstan arasında reyslər həyata keçirən aviadaşıyıcılar da var. Gürcüstanın Mülki  Aviasiya  Agentliyindən Tbilisinin sanksiya rejiminə tam uyğun şəkildə hərəkət edəcəyi bildirilib.

visiontv.az