Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
17.09.2026

Milli Məclisin bir qrup deputatı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək məqsədilə sentyabrın 18-də bu ölkəyə səfər edəcək.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Milli Məclisin komitə sədri  Azər Əmiraslanov, deputatlardan Fatma Yıldırım, Anar Məmmədov və  Eyvaz Qurbanov  Moskva şəhərində, Sabir Hacıyev isə Sankt-Peterburq şəhərində seçki prosesini izləyəcəklər.

Deputatlarımız seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə və səslərin sayılması prosesini müşahidə edəcəklər.

visiontv.az