Günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb
03.08.2026

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.

Bu barədə  Tibbi  Ərazi  Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 12 nəfər hospitalizasiya edilib, 17-nə yerində tibbi yardım göstərilib, 3-ü isə hospitalizasiyadan imtina edib. Onlardan 17-si kişi, 15-i qadın olub.

“Respublika Təcili və Təxirəsalınmaz  Tibbi  Yardım  Mərkəzi vətəndaşları çimərlik mövsümündə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yalnız nəzarət olunan çimərliklərdən istifadə etməyə və təhlükəli ərazilərdə suya daxil olmamağa çağırır”,- deyə məlumatda diqqətə çatdırılıb.

visiontv.az