Agentlik sədri: Şagirdlərin çantalarının yoxlanılması məktəblərdəki problemləri aradan qaldırmayacaq
28.04.2026

"Məktəblərdə son zamanlardan baş verən xoşagəlməz hadisələr təkcə şagird çantalarında gətirilən əşyalarla bağlı deyil. Şagirdlərin çantalarının yoxlanılması bu problemləri tamamilə aradan qaldırmayacaq".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət  Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, məktəblərdəki problemləri aradan qaldırmaq üçün agentliyin öhdəsinə düşən məktəb kollektivini təlimatlandırmaq və lazımi öhdəliklərini onlara çatdırmaqdır: “Həmçinin məktəb psixoloqları, müəllimlər bu istiqamətdə öhdələrinə düşən vəzifələri icra etməlidirlər”.

visiontv.az