Gözləmək-heç də həmişə müdrik ve doğru sonuca aparmır-Mehriban Ələkbərzadə
07.09.2020

Elə bir AN gelir ki... ZAMAN donur

Sən üfüqü görmürsən. Artıq nə yazın gəlişi ilə çiçək açan ağacları, nə səmanın intəhasızlığını, nə göy qurşağını, nə günəşi, nə ulduzları...nə yazı, nə qışı hiss eləmirsən. Rənglər ölür, sevgilər tükənir, ruhun səni tərk edir. Çünki yaşadığın həyatı istədiyin kimi yaşaya bilməmisən. Çünki sən yaşadığına dözmüsən. “Səbrli” olmusan. Məncə Ruhunla bədəninin barışmadığı ən VACİB məqamda əlinde olan şeylər rəğmən... GETMƏK lazımdır. Ətrafındakıları çox yormadan, yaxınlarının sənə münasibətini sınağa çəkmədən...heç nəyə əmin olmadan çıxıb getmək mütləqdir. Və əgər içindəki “dözüm” bitibsə, arxana belə dönüb baxmadan getməlisən.

Yoxsa... məyusluqlar baş verəcək. Necə deyərlər “hayal kırıklığına uğrayacak” sın.

Düzdür... müəyyən zamandan sonra peşiman ola bilirsən. Bütün olumsuz ehtimalları dilləndir bilərsən...amma sonucda yenə də əmin olacaqsan ki, ən doğru yol- GETMƏK idi.

Gözləmək-heç də həmişə müdrik ve doğru sonuca aparmır. Gözləmək...bir çox zaman ele zaman itgisidir. Uduzmaqdır! Gec qalmaqdır! Peşmançılıqdır!

Getmək...çox zaman xilas olmaqdır.

Visiontv.az