Ghyben–Herzberg prinsipi sahilyanı zonalarda şirin və duzlu suyun təbii balansını izah edir.
Şirin su duzlu sudan yüngül olduğundan, yeraltında duzlu suyun üzərində qalın “linza” şəklində yerləşir. Bu prinsiplə hər 1 metr şirin su səviyyəsi (dəniz səviyyəsindən yuxarı) dərinlikdə təxminən 40 metr duzlu suyu sıxışdırır. Abşeron yarımadasında gil təbəqələr də bu "linzanı" dəniz suyundan qoruyur, həm də dağlardan gələn yeraltı axınlar bulaqları qidalandırır. Buna görə dəniz kənarında belə şirin su bulaqları mövcud ola bilir. Lakin həddindən artıq su çıxarılması bu tarazlığı poza və şorlaşmaya səbəb ola bilər.
Neandertal
visiontv.az
Rusiya Mərkəzi Bankı: Avropa İttifaqının onun aktivlərindən istifadə planları qanunsuzdur