Fransa Seneqaldakı son iki hərbi bazasını Seneqal hökumətinə təhvil verib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Fransa və Seneqal rəsmilərinin iştirakı ilə mərasim keçirilib.
Belə ki, “Camp Geille” hərbi bazası və Dakar hava limanındakı ərazi Seneqal rəhbərliyinə qaytarılıb.
350-yə yaxın fransız əsgərinin öz ölkələrinə qayıtması ilə Fransanın Qərbi və Mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona yetəcək.
Qeyd edək ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassirou Diomaye Faye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edib.