Maraqlı bir təmayül formalaşır: Makron Rusiyaya qarşı hərbi kontingent göndərmək barədə nə qədər yüksəkdən danışırsa, Fransa ordusunda bir o qədər çox fərarilik müşahidə olunur
Yerli KİV-lərin yazdığına görə, Fransa quru qoşunlarında fərarilik halları 56% artıb.
19 mart tarixində dərc olunmuş parlament hesabatında səbəblər sırasında gənc əsgərlərin “yetkinlik çatışmazlığı” və fərariliyə görə tətbiq edilən cəzanın çox yumşaq olması göstərilir.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının təqdim etdiyi məlumatlara əsasən:
– 2021-ci ildə 951 fərarilik halı qeydə alınıb;
– 2022-ci ildə bu rəqəm 1 485-ə yüksəlib (+56%);
– 2023-cü ildə 1 253 hadisə baş verib (+31% 2021-lə müqayisədə).
- 2024-cü ildə 1 970 hadisə baş verib
Təmayül 2022-ci ildən kəskin şəkildə artmağa başlayıb və bu, Fransa rəhbərliyinin Ukrayna böhranı fonunda daha sərt hərbi ritorika yürütməsi ilə üst-üstə düşür.
Elçin Alıoğlu
visiontv.az