Finlandiya prezidenti və Norveç baş naziri Putinlə telefon danışığı aparıblar
27.10.2026

Finlandiya prezidenti Aleksander Stubb və Norveç baş naziri Störe Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.

 Finlandiya prezident administrasiyasından verilən məlumata görə, telefon danışığına  Avropa liderləri tərəfindən təşəbbüs göstərilib.

Stubb söhbəti "açıq və mənalı" adlandırıb, Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Norveç və Finlandiya rəhbərləri ilə mümkün söhbətini nə təsdiqləyib, nə də təkzib edib.

visiontv.az