Ermənistanın Baş naziri parlamentdəki davaya görə müxalifəti ittiham edib
29.10.2026

Ermənistan Parlamentinin binasında müxalifət və hökumət deputatları arasında dava yaşanıb.

Məlumata görə, "Mülki müqavilə" partiyasını təmsil edən deputat Taron Çaxoyan çıxışı zamanı müxalifəti təhqir edib, daha sonra müxalifətin "Güclü Ermənistan" partiyasının lideri Narek Karapetyanı təxribata çəkib, bundan sonra müxalifətdən olan deputatlar irəli çıxıb və davaya çevrilən qarşıdurma başlayıb.

"Mən xüsusi fasilə elan etmirəm ki, bunu hamı görsün. İclas eyni ruhda davam edəcək, qoy bunu hamı görsün", - Ermənistan parlamentinin spikeri Ruben Rubinyan bildirib.

Lakin məsələ yumruq və təpiklərə qədər çatıb, deputatlardan biri yıxılıb, bundan sonra isə fasilə elan edilib.

Parlamentdəki bugünkü davaya görə məsuliyyəti müxalifət daşıyır.

 Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

visiontv.az