"Ukrayna böhranı fonunda Qara dəniz sularında həyata keçirilən kommersiya gəmiçiliyin təhlükəsizliyini qorumaq məqsədilə yeni bir mexanizmin yaradılması zəruridir".
Visiontv.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin "Newsweek" nəşrinə verdiyi müsahibə zamanı danışıb.
"Mənə elə gəlir ki, Qara dəniz vasitəsilə icra edilən kommersiya dəniz yüklərinin daşınmasına hər zaman təhlükəsizlik zəmanəti verəcək bir mexanizm olmalıdır", - deyə Türkiyə lideri bildirib.
visiontv.az