Ukrayna Prezidenti Volodimir Zelenski "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalı bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, ABŞ lideri Donald Trampla son görüşü zamanı Kiyevə sözügedən raketlərin istehsalına dair lisenziyanın təqdim edilməsi barədə yekun qərarın qəbul olunduğu bildirilib.
Bu barədə Visiontv.az "Novosti. Live" nəşrinə istinadən xəbər verir.
"Ortada konkret razılaşmalar mövcuddur. Mənimlə sonuncu görüşündə Prezident Tramp vurğuladı ki, bəli, mən yekun qərarımı vermişəm, Ukrayna "Patriot" raketlərinin istehsalı üçün müvafiq lisenziyaları əldə edəcək", - deyə Zelenski jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Dövlət başçısı söhbətin raketlərin dəqiq olaraq hansı modifikasiyasından getdiyini açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl Tramp müzakirələrin həmin sursat növünün köhnəlmiş variantlarına aid olduğunu diqqətə çatdırmışdı.
visiontv.az