Əli Xameneinin 40 mərasimi keçiriləcək
06.04.2026

Aprelin 8,9 və 10-da İranın əksər bölgələrində İranın keçmiş rəhbəri Əli Xameneinin ölümü ilə bağlı yas mərasimləri keçiriləcək.

Bu barədə İran İslami Təbliğat Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, şəhər meydanlarında matəm və sinə döymə mərasimləri keçiriləcək, ardınca matəm qrupları Tehranda Xameneinin dağıdılmış iqamətgahına doğru yürüşü keçirəcək.

Əli Xamenei, bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində ölüb.

Onun dəfn olunacağı ilə bağlı mərasimin keçirilməsi planlaşdırılsa da, bu sonradan ləğv edilib və onun bu günə kimi dəfn edilib-edilmədiyi barədə açıqlama verilməyib.

visiontv.az