Bunu İsrailin müdafiə naziri İsrail Katz SEPAH-ın Kəşfiyyat rəisi Seyid Məcid Xatəminin öldürülməsinə münasibət bildirərkən deyib.
“SEPAH mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb tapmağa davam edəcəyik”, - Katz vurğulayıb.
O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib:
“Bu gün və eləcə də hər gün bunun davamı gələcək”.
visiontv.az