Elektromobillərə keçid yaşıl dünya naminə əsas hədəflərdəndir
12.10.2024

Son illər ölkə qanunlarında edilən dəyişikliklər nəticəsində elektromobillərə maraq artmaqdadır. Ötən həftə Belarusa səfər çərçivəsində diqqətimi çəkən əsas məqam şəhərdə elektromobillərə qarşı tətbiq edilən güzəştlərdi.

Minskdə elektromobil sahibinin benzillə işləyən maşına sahib olan sürücüdən əhəmiyyətli üstünlüyü var.

1. Elektromobilləri digər maşınlardan fərqləndirmək üçün onlara yaşıl rəngdə qeydiyyat nömrələri verilir.

2. Elektromobillər şəhər adminstrasiyasına məxsus dayanacaqlarda ödənişsiz saxlanıla bilər.

3. Elektromobillərə günün istənilən saatında rahat şəkildə avtobuslar üçün ayrılan zolaqlardan istifadəyə icazə verilir.

4. Elektromobillər üçün dayanacaqlarda ayrılan xüsusi yerlər var. Bu yerlər şarj üçün avadanlıqlarla təmin edilib. Əgər,digər sürücülər bu yerlərdə maşın saxlayarsa bu ciddi maliyyə sanksiyaları ilə nıticələnə bilər.

Belarusun bu praktikası uğurludur. Eyni praktikanın Azərbaycanda tətbiq mexanizmini işləyə bilərik.

Aqil Məmmədov

visiontv.az