Əfqanıstan yoxsa Güney Türküstan? - Müşfiq Məmmədov
Əfqanıstan yoxsa Güney Türküstan? - Müşfiq Məmmədov
16.07.2021 Müşfiq Məmmədov Tərəfindən

“Əfqanıstan dünyanın coğrafi mərkəzidir, ora kim hökm edərsə dünyaya hökm edər.” Bu sözlər məhşur politoloq Brzezinskiyə aiddir.

Əfqənıstan yoxsa Güney Türküstan?

Əfqanıstan əhalisinin 48 faizi türklərdir. Əfqanıstan Türkləri olan özbəklər və Azərbaycan türkləri daha çox şimal şərq və şimal qərbdə yaşayırlar. Bu ərazidəki türklər onları buraya Nadir şahın Azərbaycanı qorumaq üçün yerləşdirdiyini deyirlər. Onlar üçün Əfqanıstanın qərbindən artıq Şərqi Azərbaycan, Xorasan başlayır. 

Əfqanıstan şərqdən qərbə və cənubdan şimala gedən yolların üstündə yerləşdiyi kimi, Orta Asiyaya,Yaxın Şərqə və Çinə ən uyğun giriş qapısıdır. Türk – İslam, Hind və Çin mədəniyyətlərinin kəsişmə nöqtəsidir.

Əfqanıstan Türkiyə Cümhuriyyəti dövlətinin müstəqilliyini rəsmi tanıyan ilk dövlətdir.

Mustafa Kamal Atatürk Əfqanıstanın Orta Asiyanın açarı olduğunu, oradakı türklərin eləcədə digər yerli xalqların xəlifəyə mənəvi bağları olduğunu bilirdi.

Brüsseldə toplanan G7 zirvəsində müzakirə olunan məsələlərdən biridə ABŞ-ın regionu tərk etməsi amma Türkiyənin regionda missiyasını davam etdirməsi idi. 

Avstraliya daxil, əksər ölkələrin Əfqanıstanda səfirliklərini bağladığı bir zamanda Türkiyənin burada qalması maraqlı məqamdır. Siyasətdə bəzən heç kimin getmədiyi yerlərə belə getməli və oralarda var olmalisan. Məsələn, Türkiyənin Somalidə varlığı kimi. Somalidə Türkiyə dəniz limanlarının təhlükəsizliyini təmin edir və oranı Afrikaya giriş qapısı kimi istifadə edir. Eyni şəkildə də Liviyada. Bu Türkiyənin onu küncə sıxışdırmaq istəyənlərə qarşı əks həmləsidir.

Güney Türküstan ərazisində türk əsilli valini Talibanın vəzifəsindən uzaqlaşdırması ilə bölgə xalqı etirazlara başladı. Bu hərəkət əslində regionda türk varlığını heçə saymaq və assimilyasiya etmək siyasətinin başlanğıcı idi. General Rəşid Dostum tabeçiliyindəki qüvvələrlə Taliban arasında baş verən toqquşmalar nəticəsində Taliban ölkənin bütün şimalını işğal etmişdir.

Kabul ölkənin cənubunda yerləşir, paytaxt olmaqla bərabər beybəlxalq hava limanıda burada yerləşir.

Hal-hazırda Taliban qəsəbələr, kəndlər və dağlar olmaqla ölkənin 60%-ni kontrol etməkdədir. Mərkəzi hakimiyyət isə əsasən böyük qəsəbələr, şəhərlər və digər əraziləri kontrol edir. Hətta Amerika Əfqanıstanda olduğu zamanlarda da Taliban böyük ərazilərə nəzarət edirdi.

Maraqlı bir faktdır ki, Amerika bölgədə hərbi əmaliyyatlda iştirak etdiyi zamanlarda Əfqanıstanın faydalı qazıntı yataqlarını Çin şirkətləri işlədirdi. Bütün bu müddət ərzində Taliban və ya hər hansı digər bir terror təşkilatı Çinə qarşı heç bir terror fəaliyyəti göstərmədi və heç bir etiraz bildirilmədi. Baxmayaraq ki, Çin ölkənin ən böyük mis mədən yataqlarını idarə edir. 

Türkiyə Liviyaya hərbi kontingent göndərərkən Türkiyə cəmiyyətini ən narahat edən məsələ ordunun müharibədə iştirak edərək şəhidlər vermə ehtimalının olması idi. Sərhədlərindən bu qədər uzaqda baş verən münaqişədən heç kim yeni şəhid xəbərləri eşitmək istəmirdi. Türkiyə isə tərəfdaşı olan mərkəzi hakimiyyətə bağlı orduya dəstək vermək surətiylə, bir başa münaqişələrdə iştirak etmədən istəklərinə qismən nail olmağı bacardı. Əgər, Əfqanıstanda da Liviyada olduğu kimi düzgün siyasət həyata keçirilsə uğur qazanılma ehtimalı mümkündür.

Türkiyə o bölgədə uğur qazana bilməsə bu o deməkdir ki, heç bir ölkə orada uğurlu ola bilməyəcəkdir. Çinin yerləşə bildiyi Əfqanıstana Türkiyə yerləşə bilməsə Orta Asiya məsələsi Türkiyə üçün bağlanmış olacaqdır. 

Amerikan ordusu Əfqanıstana girərkən bölgədəki stratejik ortağı general Rəşid Dostum idi. Amerikalılar onun hərbi dəstələrinə təlim verərək, silahlandıraraq və onların döyüşdə bir başa iştirakı ilə Taliban üzərində ilk qələbələrini qazanmışdı. Hal-hazırda isə, Generalın mövqelərinin belə zəiflədiyi bir zamanda Türkiyənin regionda qalmaq istəyi təbii sayıla bilər. Çünkü general hər zaman Türkiyənin müttəfiqi olmuşdur. Türkiyə, regionda mövcudiyyəti və hava limanını kontrol etməsi ilə, Dostum timsalında türk qüvvələrinin darmadağın edilməsinin qarşısını almaqda rol oynayacaqdır. Talibanında bu günlərdə Türkiyənin bölgədəki varlığını istəmədiklərini deməsi məhz Güney Türküstan da onlara tabe olmayan Dostum qüvvələrini tam məğlub edə bilməyəcəklərindən çəkinmələridir.

Bundan əlavə Talibanla əməkdaşlıq edən Çin, İran və Rusiya da Türkiyənin regionda olmasına maneçilik törədir. Bu mənada Taliban onların istəyini dilə gətirir. Çin üçün səbəblərdən biri Türkiyənin Doğu Türküstana, uyğurlara coğrafi olaraq yaxınlaşmasıdır. Rusya isə Güney Türküstanda ona tabe olmayan müstəqil türk hərbi birləşmələrinin olmasından və Orta Asiya ilə Əfqanıstan sərhədlərinə nəzarət etməsindən çəkinir.

Əsas məsələlərdən biri Türkiyənin regionda hansı formada fəaliyyət göstərəcəyidir. Liviyada tətbiq etdiyi hibrid müharibə taktikasından istifadə edəcəyi ehtimallar arasındadır. Çünkü bu metod artıq Liviyada, Azərbaycanda, Suriyada sınaqdan keçirilmişdir və böyük təcrübə toplanmışdır.

Onu da qeyd edək ki, Əfqanısatnda Amerika liderliyi ilə beynəlxalq terrorizmə qarşı muharibə başladığında Türkiyə əfqan xalqı ilə savaşmayacağını rəsmi şəkildə bəyan etmişdi. Bunu tam əksinə sadəcə humanitar yardımlar və logistika dəstəyində iştirak edəcəyini bildirmişdi. Bunu sadə əfqan xalqı ilə birlikdə Talibanda bilməkdədir. Yani Əfqan müharibəsində Türkiyənin əli qana batmayıb və tətbiq edəcəyi siyasətdə bu faktordan istifadə etməlidir.

Önümüzdəki növbəti illər ərzində Çin, Rusiya və Amerika arasında siyasi və iqtisadi mübarizələrin şahidi olacağımız gözləniləndir.

Dünya artıq 1 qütblü deyildir və çox qütblü olmağa doğru sürətlə addımlamaqdadır.

Visiontv.az