"Dünyanı odlayanları alqışlamayacağıq"
10.04.2026

İspaniyanın Baş naziri Pedro Sançes, ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasına və Donald Trampın bu mövzudakı bəyanatlarına kəskin reaksiya verib. O, öz rəsmi "X" hesabında bu sözləri qeyd edib:

“İspaniya hökuməti dünyanı odlayanları, sadəcə əllərində bir vedrə su ilə peyda olduqları üçün alqışlamayacaq.”

Sançes həmçinin əlavə edib ki, atəşkəs hər zaman müsbət xəbər olsa da, bu müvəqqəti rahatlıq yaşanan xaosu və itirilən canları unutdurmamalıdır. Onun fikrincə, hazırda dünyaya "diplomatiya, beynəlxalq hüquq və real sülh" lazımdır.

visiontv.az