FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
26.05.2026

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan əhalinin xüsusilə yaz-yay fəsilləri üçün xarakterik olan sel-daşqın təhlükəsindən qorunmağın yolları barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən  verilən xəbərə görə, maarifləndirmə tədbirləri  Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən  Abşeron və  Xızı rayonlarının, Şimal-qərb RM tərəfindən isə Qobustan rayonunun sel təhlükəli kəndlərində keçirilib.

Yerli sakinlər, o cümlədən ictimai-iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

visiontv.az