Donald Trampdan Britaniya baş nazirinin prankerlə yazışmasına reaksiya
18.08.2026

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Endi Börnhemin özünü Ağ Evin aparat rəhbəri Syuzan Uayls kimi təqdim edən şəxslə yazışması məsələsinə reaksiya verib.

Visiontv.az  xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına əsasən, media nümayəndələrinin  ABŞ-Böyük Britaniya münasibətlərinin gələcəyi və Börnhemin addımının narahatlıq yaradıb-yaratmaması ilə bağlı suallarına Tramp belə cavab verib:

"Xeyr, əminəm ki, bu, sadəcə bir anlaşmazlıq olub".

Nəşr qeyd edir ki, Britaniya baş naziri prankerlə "heç bir əhəmiyyəti olmayan cəmi bir neçə mesaj" mübadiləsi aparmağa macal tapıb.

ABŞ lideri əlavə edib ki, Börnhemlə telefon danışığında bu məsələni müzakirə edib. Tramp sözügedən söhbəti "müsbət" kimi qiymətləndirib.

Qeyd edək ki, bir qədər öncə Endi Börnhemin özünü  Ağ Evin aparat rəhbəri Syuzan Uayls kimi təqdim edən bir nəfərlə yazışdığı məlum olmuşdu. Həmin vaxtdan sonra Börnhemdə bu təmasın saxta ola biləcəyi ilə bağlı şübhələr yaranıb.

visiontv.az