Dəyişikliklərə saqqaldan yox, beyinlərdən başlamalıydı...
Dəyişikliklərə saqqaldan yox, beyinlərdən başlamalıydı...
15.11.2024 Bəybala Mirzəyev Tərəfindən

Ermənistan kimi toksik bir ölkənin lideri olmaq doğrudan da asan deyil.

Geosiyasi "şpaqat" vəziyyətindən yorulan, "bığla saqqal" (Qərblə Rusiya) arasında qalan Nikol, axırda saqqalını da, bığını da qırxmaq və TikTok qəhrəmanına çevrilmək qərarına gəldi.

Ancaq ermənilər isə onu bu hərəkətinə görə dünəndən bəri sosial şəbəkələrdə yaş yuyub, quru sərirlər. Bir erməni isə onu hətta Dəccala bənzədib.

Paşinyan xalqının sevgisini qazanmaq üçün görün nə boyda fədakarlıqlara gedir, sevimli bığından-saqqalından keçir. Haylar isə onun yeni imicinə "mız" qoyurlar.

Nankorlar.

P.S.

Əslində isə Paşinyan ilk növbədə görkəmini yox, özünün və xalqının təfəkkürünü dəyişməli, erməni xalqını irqçilik və millətçilik azarından xilas etməli, qonşulara qarşı ərazi iddialarını ermənilərin beyinlərindən silməlidir.

Bəybala Mirzəyev

visiontv.az