Üç il əvvəl Monadi Sefidan tərəfindən verilən vəd yenidən təkrarlanır: məktəblərdə və universitetlərdə yerli və etnik dillərin tədrisinin ümumi planının təsdiqlənir.
İran parlamentinin Təhsil Komissiyasının rəhbəri Əlireza Monadi Sefidan bu komissiyada ölkənin məktəb və universitetlərində yerli və etnik dillərin tədrisi planına baxılaraq təsdiqləndiyini açıqlayıb.
O, bu barədə özünün sosial media hesabında paylaşım edib: "pralementin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının bugünkü iclası məktəb və universitetlərdə yerli və etnik dillərin tədrisi üzrə ümumi planın nəzərdən keçirilməsinə həsr olunub." - deyə o paylaşımında bildirib.
Xatırladaq ki, Əlireza Monadi üç il qabaq da eyni bəyanatla çıxış edərək bu planı təsdiqini elan etdiyin və idarə heyətinə təqdim etdiyin açıqlamışdı. Ancaq plan yerinə yetirilməmiş olaraq qalmışdı.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinə imkan verilsə də İran hökuməti müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə 40 ildən artıqdır ki, mane olur.
visiontv.az