Trampın Yaxın Şərqdə İranı hədəfə alacaq siyasət həyata keçirəcəyi dəqiqdir
15.11.2024

Tramp yanvarın 20-də rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayacaq. Başqa sözlə, prezident Bayden indiki "axsaq ördək" mövqeyində təxminən iki ay daha Oval kabinetdə oturmağa davam edəcək. Netanyahunun "meydanı boş tapması" və İrana qarşı yeni hücumlar təşkil etməsi ehtimalı həm ABŞ, həm də Böyük Britaniya üçün mümkün göründüyü üçün hər iki ölkə bölgədə döyüş təyyarələri yığmağa başladı.

Burada birbaşa Türkiyəni maraqlandıran məsələ Kürəcikdəki NATO bazasının vəziyyətidir. Bu baxımdan İranın birbaşa hücuma məruz qaldığı bu mühitdə İranın diqqətini qonşu Türkiyəyə yönəltməsi, Ankara ilə Tehran arasında gərginliyin yaranması ehtimalı böyükdür. Üstəlik, yanvarın 20-də prezident kürsüsünə keçəcək Trampın Yaxın Şərqdə İranı hədəfə alacaq siyasətlər həyata keçirəcəyi demək olar ki, dəqiqdir. Artıq Trampın ətrafındakılar İranın qolu və qanadı qırılmalıdır deyə bəyanatlar verməyə başlayıblar. Tramp administrasiyasının İrana təzyiq siyasətinin Türkiyəyə də təsir etməməsi mümkün deyil. Amerikanın İrana qarşı sanksiyalarının pozulması ilə bağlı ABŞ-da Halkbank işi bunun konkret nümunəsidir. Hələlik Ankaraya “regional rəqib” kimi baxan Tehranın münasibətinin “gərginliyə” çevrilə biləcəyi ehtimalını demirəm.

TÜRKİYƏNİN AYAĞINDAKI ZƏNCİR- HƏMAS

Trampın Yaxın Şərq siyasətində Türkiyəyə problem yaradacaq başqa bir element də HƏMAS-ın vəziyyəti kimi görünür. AK Partiya hökuməti İsrail tərəfindən qətlə yetirilən Həmas rəsmisi İsmayıl Haniyəni Prezident səviyyəsində qəbul edərək, öləndə matəm elan etməklə Həmas-a qeyd-şərtsiz dəstəyini nümayiş etdirib. Hazırda Qəzza zolağından kənarda HƏMAS-ın nümayəndəliyinə ev sahibliyi edən Qətərin bu təşkilata “qapını nəzakətlə bağlamağa hazırlaşdığı” barədə məlumatlar ortaya çıxmağa başlayıb (hər nə qədər Qətər bunu təkbiz etsə də). Qətərin HƏMAS-ı xaric etmə ehtimalı AK Partiya hökumətini HƏMAS-ı Türkiyəyə dəvət edib-etməmək mövzusunda böyük çıxılmaz vəziyyətə sala bilər. Bir tərəfdən daxili siyasi diskursda faydalı ola biləcək HƏMAS hostinqi, digər tərəfdən isə ABŞ prezidenti olacaq Trampla ilk gündən münasibətləri pozma ehtimalı.

Çətin qərardır...

O zamankı Amerika prezidenti Obamanın vasitəçiliyi ilə Mavi Mərmərə məsələsindən sonra “barışmaz” adlandırılanlar barışdı və İsrail rəsmilərinə qarşı Türkiyədə açılan bütün işlərə “təzminat müqabilində” xitam verildi. Trampın da oxşar sülhməramlı addıma cəhd etməsi ehtimalı var. Üstəlik, Tramp “al-ver” münasibətini və kökə-sopa siyasətini sevən siyasətçidir.

Pərviz Əliyev

visiontv.az