Çinin Şandunq limanı ABŞ tərəfindən sanksiyalara məruz qalan İranın yanacaq daşıyan gəmilərinin bu limana girişinə qadağa qoyub.
Bu barədə "Röyters" məlumat yayıb.
“İndi sanksiyaya məruz qalmış heç bir neft tankeri İran, Venesuela və Rusiyanın neftini Şandun limanına çatdıra bilməz”,- məlumatda bildirilib.
Oktyabr və sentyabr aylarında ABŞ 35 neft tankerinə sanksiya tətbiq edib və İranın Çinə neft ixracı noyabr və dekabr aylarında 1,3 milyon bareldən də aşağı düşüb, bu da sentyabr ayına olan əvvəlki səviyyədən 550 min barel azdır.
Qeyd edək ki, ümumilikdə İran neftini daşıyan 191 böyük tanker sanksiyalara məruz qalıb.
visiontv.az