“Wana” agentliyi xəbər verir ki, ABŞ və Çin arasında artan rəqabət fonunda İran Pekin üçün mühüm tranzit halqasına çevrilir. Beləliklə, Çin Vaşinqtonun nəzarətində olan dəniz yollarından yan keçərək ticarətdə riskləri minimuma endirməyi hədəfləyir.
Bu çərçivədə Çinin Sian şəhəri ilə İranın Apirin limanı arasında dəmir yolu əlaqəsi yaradılıb. Yeni quru dəhlizi Pekinin Malakka boğazı və Bab əl-Məndeb kimi həssas dəniz marşrutlarından asılılığını əhəmiyyətli dərəcədə azaldır.
Ekspertlərin fikrincə, bu addım Çinə strateji üstünlük qazandırır və Qərbi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin daha təhlükəsiz davam etməsinə imkan yaradır.
visiontv.az
Uçuşların idarə edilməsi sistemindəki yeni nasazlıq Britaniya aeroportlarının işini pozub
Azərbaycandan keçməklə İrandan Rusiyaya aparılan yükdə 80 kq-a yaxın marixuana aşkarlanıb