Çin Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan müsbət irəliləyişi alqışlayır.
APA “CCTV News”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq mətbuat konfransında bildirib.
“Çin səmimi qəlbdən ümid edir ki, iki ölkə münaqişə və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll edə və regionda davamlı sülh, inkişaf və rifaha töhfə verə bilər”, - diplomat vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Visiontv.az