"Arka" adlı uşağın adı Türkcə olduğu üçün 6 aydır şəxsiyyət vəsiqəsi almayıb
17.03.2025

Təbrizdəki Əhali Reyestri İdarəsi, Azərbaycanlı bir uşağa, adı türk olan Arkaya, 6 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina edir və Həsən Rəzmilinin ailəsini çoxsaylı çətinliklərlə üzləşdirib.

Həsən Rəzmili bu barədə "Balamın Adı" kampaniyasına danışıb: "Oğlumuz 2024-cü il 8 sentyabrda Təbrizdə doğuldu və biz ona Arka adını qoyduq. Arka, türkcədə dəstəkçi və qoruyucu deməkdir. Biz Təbrizdəki bütün Əhali Reyestri idarələrinə müraciət etdik, amma onlar dedilər ki, Ad Seçim Sistemində bu ad olmadığı üçün ada şəxsiyyət vəsiqəsi verilə bilməz. Biz onlara bildirdik ki, bu ad əvvəllər sistemdə olub, amma sonra silinib, amma onlar buna məhəl qoymadılar. Məcbur olub, Təbrizdəki Lalə filialından Əhali Reyestri İdarəsinə şikayət etdik və 5 aydan sonra, yanvar ayında, məhkəmə bizim xeyrimizə qərar verdi və Təbriz Əhali Reyestri İdarəsini "Arka" adına şəxsiyyət vəsiqəsi verməyə məcbur etdi. Amma bu idarənin rəhbərləri, şəxsiyyət vəsiqəsi vermək əvəzinə, dedilər ki, hökmü Tehrana göndərməliyik, bəlkə onlar razılaşar və sistemi açıb, bizə qeydiyyat etməyə icazə verərlər. Bir neçə gündən sonra, Tehran məhkəməsinin hökmü qəbul etmədiyini iddia edərək, hökmdən etiraz etdilər və fayl apellyasiya məhkəməsinə göndərildi.  Nəhayət, apellyasiya məhkəməsi, ilkin məhkəmənin qərarına zidd olaraq, "Arka" adının yad ad olduğunu iddia edərək bizə qarşı qərar verdi. Amma biz təslim olmayacağıq və hüquqi mübarizə ilə  haqqımızı yenidən müdafiə edəcəyik. Təbriz Əhali Reyestri İdarəsi, 6 ay ərzində uşağımızı şəxsiyyət vəsiqəsiz saxlamaqla bizə çoxsaylı problemlər yaşatdı; uşağımıza peyvənd edilməsi ilə bağlı çətinliklər yaşadıq, körpəmiz sağlamlıq sığortasından istifadə edə bilmir, süd tozu payı ala bilmirik və səhiyyə mərkəzləri uşağımıza xidmət etməkdən imtina edirlər."

Son illərdə, bir çox valideyn, Əhali Reyestri İdarəsinin türk adı ilə bağlı etirazlarından sonra məhkəməyə müraciət edərək şəxsiyyət vəsiqəsi almayı bacarıblar. Lakin son zamanlarda, Əhali Reyestri idarələri Tehrandan aldıqları əmrlə məhkəmənin qərarlarına əməl etməkdən imtina edir və məhkəməyə etiraz edirlər ki, bunun nəticəsində, valideynlər üçün şəxsiyyət vəsiqəsi alma prosesi daha uzun və baha başa gəlir.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8