Ankara Büyük Belediye Başkanı Mansur Yavaş mitinq iştirakçıları qarşısındakı çıxışında Diyarbəkirdə keçirilən Novruz şənliklərində açılan bayraqları “cır-cındır” adlandırıb. Niyə belə deyib? Çünki Mansur Yavaş MHP keçmişi olan bir siyasətçidir, milli düşüncənin daşıyıcısıdır. MHP daxilində baş verən çaxnaşmadan dolayı CHP-yə keçməli olub...
CHP Genel Başkanı Özgür Özel kürd millətçilərini məyus edən bu bəyanatın təsirini azaltmaq üçün belə deyib: “Bu məsələ ilə bağlı partiyanın mesajı onun sədrinin ağzından eşitdiyiniz mesajdır”.
Daha sonra axşam saatlarında Saraçhanedə keçirilən etiraz aksiyasında Mənsur Yavaşın adını çəkmədən Özgür Özel deyib: "Beş gündür bu tribunada, bu meydanda çox danışmışıq. Çox söz səhvsiz ola bilməz. Bu tribunadan kim danışırsa, kim bir sözə görə inciyibsə, yenə də partiya sədrinin adından və bütün Kürd qardaşımdan halalıq istəyirəm (üzr istəmək anlamında). Bütün kürd qardaşlarımın Novruz bayramını bir daha təbrik edir, Ədirnədə həbsdə olan Səlahəddin Dəmirtaşı buradan salamlayıram”.
Bu olay CHP-nin PKK təfəkkürünə söykənən kürdlərə xüsusi simpatiyasının göstəricisidir. Mansur Yavaş isə CHP-də yad elementdir. Çünki o, milli mövqedən çıxış edir. CHP isə partiya olaraq türklərə yox, məhz etnik və dini azlıqlara istinadən siyasət yeridir...
Mən soruşuram, Özgür Özel , sən niyə Səlahəddin Dəmirtaşa salam göndərirsən? Səlahəddin Dəmirtaş ‘Başkan Apo’nun heykelini dikeceğiz’ deyibmi, deyib. Türkiyəyə Kürdüstan deyibmi, deyib. Sən hansı məntiqlə Türkiyənin düşməninə salam göndərirsən? Sən hansı məntiqlə separatçı kürdlərin qaldırdığı bayrağı haqlı olaraq “cır-cındır” adlandıran Mansur Yavaşa qarşı çıxırsan. Bu, həm də o deməkdir ki, sən separatçıların o bayrağını legitim bayraq hesab edirsən, qanuni sayırsan, Türkiyənin etnik əsasda bölünməsinə dətək verirsən...
Bəli, mən bir daha deyirəm. Təəssüf ki, böyük Atatürkün yaratdığı CHP indi anti-Türkiyə, anti-türk mövqeyində olan bir qrupun əlinə keçib.
Bu məsələ Azərbaycan üçün də, Türk dünyası üçün də son dərəcə önəmlidir. Heç bir halda separatçı kürdlərə, ermənilərə, yunanlara və digər etniklərlə çulğaşaraq anti-Türk mövqeyində çıxış edən CHP iqtidara gəlməməlidir. Onları qətiyyən iqtidara yaxın buraxmaq olmaz. CHP iqtidar olsa, Türkiyə parçalanacaq. Buna isə imkan vermək olmaz...
Elbəyi Həsənli
visiontv.az