"Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı, bu gün də 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayır”.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, Qarabağ Zəfərindən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi prosesi davam edir: “Son illərdə Bakıda, Gəncədə, Bərdədə, Qəbələdə, İsmayıllıda, Cəlilabadda və Lənkəranda yeni peşə təhsil müəssisələri tikilib. Hal-hazırda Qubada, Qaxda, Tovuzda və digər rayonlarımızda yeni peşə təhsil müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir".
C. Kərəmov çıxışında bu il Şuşada peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacağını da vurğulayıb.