Almaniya kansleri O. Şolts Ukraynaya səfərində Rusiyaya qarşı yeni bir hərbi mərhələnin başlanması mesajını verdi. Almaniya ABŞ-dan sonra Ukraynaya ikinci ən böyük silah yardımı edən dövlətdir.
2025-ci ildə də Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də veriləcək.
Dekab ayı üzrə Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük edərək. Artıq Rusiyaya qarşı üç ölkə birgə mübarizə aparması barədə razılığa gəlib. Həmçinin Polşa da prosesdə aparıcı mövqeyini qoruyub saxlayır.
Rusiyanın Ukraynada qalib gəlməsi mümkün görünmür. Əgər, Rusiya Kiyevə ordusu yaxınlaşarsa, Fransa, Böyük Britaniya və Almaniya Ukraynaya ordu yeridə bilər. Artıq qarşılıqlı ballistik raketlərlə zərbə endirilməməsi barədə razılıq əldə edilib. Əgər, Rusiya yenidən Ukraynaya uzaq mənzilli raketlərlə hücum edərsə, eyni analoji addımı Ukrayna atacaq. Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xətti saxlanılmaqla, Ukraynanın digər ərazilərlə NATO çətiri altına alınması mövqeyindən geri çəkildi.
D. Tramp Ağ Evə gəldikdən sonra da müharibənin davam etməsi gözlənilir. D. Tramp Rusiyaya qarşı sərt tədbirlər görə bilər.
Məhəmməd Əsədullazadə, MCP Başqan müavin
visiontv.az