BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Vladimir Qyorqiyev İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov ilə görüşmüşdür.
Visiontv.az-ın verdiyi xəbərə görə, Tanışlıq xarakterli olan görüşdə Seyfulla Əzimov qonaqlara ölkə əhalisi arasında insan alveri ilə bağlı maarifləndirmə, insan alveri qurbanlarına birbaşa yardım, məcburi miqrantların insan hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər barədə məlumat verdi. O, BMqT ilə DİN arasında uğurlu və səmərəli əməkdaşlıqdan məmnunluğunu vurğuladı.
Vladimir Gorgjiev cənab Əzimovu səmimi qarşılaması üçün təşəkkür etdi və onu yeni vəzifəyə təyinatı münasibətilə təbrik etdi. O, öz növbəsində BMqT ilə DİN-in səmərəli əməkdaşlığından məmnunluğunu bildirdi və davam edən layihələr, xüsusən də BMqT-nin İnsan alveri ilə mübarizə üzrə layihəsi haqqında məlumat verdi. Qjorqiyev, BMqT insan alveri ilə bağlı Milli Fəaliyyət Planı qəbul edildikdən sonra müvafiq sahələrdə hökumətə dəstək verməyə hazır olduğunu bildirdi.
Tərəflər görüş zamanı müzakirə olunan mövzularda qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bird aha qeyd etdilər.