İspaniyada bu il ekstremal istilər nəticəsində 3800-dən çox insan ölüb
27.07.2026

İspaniyada 2026-cı ilin əvvəlindən bəri ekstremal istilər 3 800-dən çox insanın həyatına son qoyub.

Bu barədə ölkənin Baş naziri Pedro Sançes İqlim Sığınacaqları Şəbəkəsinin təqdimatında çıxışı zamanı açıqlama verib.

O, ekstremal hava hadisələrinin insanların həyatı üçün yaratdığı təhlükənin getdikcə artdığını vurğulayıb və bildirib ki, hökumət iqlim böhranının təsirlərini azaltmaq üçün tədbirləri gücləndirəcək.

visiontv.az