Bəhreyn İranın raket və PUA hücumlarının qarşısının alındığını açıqlayıb
09.07.2026

Bəhreyn hava hücumundan müdafiə sistemləri gün ərzində krallığı hədəf alan bir neçə İran raketi və pilotsuz uçuş aparatını (PUA) havada məhv edib.

Bu barədə Bəhreyn Müdafiə Qüvvələri məlumat yayıb.

Hərbi qurumun bəyanatında qeyd olunub ki, İran raket və PUA hücumları ilə "sistemli düşmənçilik siyasətini" davam etdirir və mülki əhalini hədəf alan bu hücumlar "beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması" kimi qiymətləndirilib.

Bəyanatda bütün hərbi bölmələrin yüksək hazırlıq vəziyyətində olduğu bildirilib və sakinlərə hücumların qalıqları ola biləcək şübhəli əşyalara yaxınlaşmamaq tövsiyə olunub.

visiontv.az