“Bayraktar Akıncı” hava döyüşündə CH-95 pilotsuz uçuş aparatına qalib gəlib
05.07.2026

Türkiyə istehsalı olan “Bayraktar Akıncı” hava döyüşündə Çin istehsalı CH-95 pilotsuz uçuş aparatını məhv edib.

Sudan ordusunun silahlanmasında olan “Bayraktar Akıncı” “hava-hava” tipli raketlə Çin PUA-sını vurub.

Clash Report-un məlumatına görə, məhv edilən pilotsuz uçuş aparatı Birləşmiş Ərəb Əmirlikləri tərəfindən RSF terror qruplaşmasına tədarük olunub.

 

visiontv.az