“Azərenerji” ASC-yə cari rəhbərliyi həyata keçirmək üçün İdarə Heyəti yaradılacaq
17.03.2025

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.

Visiontv.az



Gündəlik

slide 7 to 10 of 8