2024-cü ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 37.9% artaraq 3.6 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (2 milyard ABŞ dolları) idxalı (1.6 milyard ABŞ dolları) üstələməsi nəticəsində 450.3 milyon ABŞ dolları həcmində profisit yaranıb.
Bu barədə Visiontv.az-a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 25.9% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.6 milyard ABŞ dolları olub. Bunun 79.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).