Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç Rusiya və ABŞ arasında əlaqələrin yaxşılaşmasının üç ölkə –Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Cənubi Qafqaza təsirlərindən danışıb.
Milan Lazoviç bildirib ki, Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsi ilə bağlı əlaqə qurulsa, Vaşinqtonun diqqəti bu məsələyə yönələcək və Cənubi Qafqaz bölgəsi Donald Tramp üçün artıq prioritet sayılmayacaq.
Sitat: “Əslində Ermənistan Avropa İttifaqına daxil olmaqda çox maraqlıdır. Amma Rusiya İrəvana xəbərdarlıq edib ki, belə bir addım Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması deməkdir. Azərbaycana gəldikdə isə demək olar ki, Bakı, Brüssel və Aİ ölkələri arasında dialoq və qarşılıqlı fəaliyyət son vaxtlar müəyyən çətinliklərlə üzləşib. Azərbaycan Qərbin ikili siyasətindən çox narazıdır və onu mütəmadi olaraq tənqid edir...”.
visiontv.az