Tramp administrasiyası İran vətəndaşlarının ABŞ-a girişini qadağan edəcək
18.03.2025

Donald Tramp administrasiyası onlarla ölkənin vətəndaşlarına geniş səyahət məhdudiyyətləri tətbiq etməyi düşünür.

Məlumata görə, bu plan həyata keçərsə, İran da daxil olmaqla 10 ölkənin vətəndaşları ABŞ-a ümumiyyətlə gedə bilməyəcək. Bildirilib ki, Amerika rəsmiləri 43 ölkə vətəndaşlarına geniş səyahət qadağası tətbiq etməyi nəzərdə tutur.

Qeyd edilib ki, ABŞ-a girişi qadağan ediləcək ilk 11 ölkə İran, Əfqanıstan, Butan, Kuba, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən olacaq. (Iran International)

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8