Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binası evakuasiya edilib
10.01.2025

Los-Ancelesdə baş verən yanğında tüstüdən zəhərlənən, evləri yananlar barədə Baş konsulluğumuza məlumat daxil olmayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, 7 yanvar 2025-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.

“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında
(https://x.com/azconsulatela/status/1876908935355007248?s=46https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.

Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).

Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”, - XİN rəsmisi vurğulayıb.

Visiontv.az