Mövcud sürət paketləri istifadəçilərin cari tələblərini tam qarşılamır.
İnternetdən normal istifadə etmək üçün ən az nə qədər sürət tələb olunması ilə bağlı suala birmənalı cavab vermək çətindir. Bu fərdlərin və təssrüfatların internet istehlakından birbaşa asılı olsa da yayım platformalarının bu prosesə təsriri daha çoxdur. Qrafiklərə baxıb müəyyən fikir formalaşdıra bilərik.
Ənənəvi video axınında istifadəçi yalnız data (download) alır. Sosial şəbəkələrdə isə milyonlarla istifadəçi eyni zamanda həm izləyir, həm də məzmun yükləyir (upload). Bu ikitərəfli axın şəbəkəyə ikiqat yük yaradır. Şəbəkə infrastrukturu bu ikitərəfli axını daşımaq üçün əvvəlkilərlə müqayisədə daha güclü olmalıdır, bu isə sürətli tarif paketlərini zəruri edir.
İstehlakçıların internetdən effektiv istifadə edə bilməsi üçün internet provayderləri daha yüksək sürətləri daha əlçatan etməlidir.
AİKTSA sədri Elvin Abbasov
visiontv.az