İsa Həbibbəyli: Türkologiyanın elmi modelini ilk dəfə Birinci Türkoloji Qurultay müəyyənləşdirib
29.06.2026

Türk dünyası ilə bağlı tədqiqatların, türkoloji elmi əsərlərin təqdim olunması Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətlərindən biridir.

Bunu  Azərbaycan Milli Elmlər  Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən plenar iclasda bildirib.

İsa Həbibbəyli bildirib ki, Birinci Türkoloji Qurultay öz dövründə ilk dəfə türkologiyanın sistemini və elmi modelini müəyyənləşdirib: “Qurultayda ilk dəfə müasir ədəbiyyat, tarix, folklor, incəsənət, etnoqrafiya, dilçilik və digər sahələr üzrə məsələlər müzakirə edilib və razılaşdırılmış nəticələr əldə olunub”.

visiontv.az