Prezident İlham Əliyev bununla bağlı Ticarət Gəmiçiliyi Məcəlləsinə, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" qanunlara təklif olunan dəyişiklikləri təsdiqləyib.
Qanuna əsasən, avtonom nəqliyyat vasitəsinin operatoru yalnız şəhadətnamə aldıqdan sonra fəaliyyət göstərə bilər.
Məhz bu çərçivədə avtonom nəqliyyat vasitəsinin operatoruna şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi də müəyyənləşir.
Belə ki, şəhadətnamə almaq istəyən şəxs 20 manat məbləğində rüsum ödəməlidir.
Qeyd edək ki, şəhadətnamə 5 il müddətinə veriləcək.
visiontv.az