2024-cü il 1 iyun tarixinə Bakıda orta aylıq əməkhaqqı - 1272,3 manat təşkil edib. Həmin tarixə Azərbaycanda orta əmək haqqı - 1000,3 manat (AR Dövlət Statistika Komitəsi).
Orta əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri neft-qaz sektorunda 948,7 manat təşkil edib (fərq 4,11 dəfə).
Mədənçıxarma sənayesində özəl sektorda orta əmək haqqı 4 555,2 manat olub.
Azərbaycan iqtisadiyyatında neft-qaz sektorundan sonra ən yüksək əmək haqları maliyyə və sığorta fəaliyyətinə aiddir - 2 996,1 manat.
Ölkədə orta əmək haqqı göstəricisinə görə üçüncü yerdə "İnformasiya və rabitə" qrupu üzrə çalışanlar qərarlaşıb - 1723,8 manat.
Növbəti yerdə "Peşə, elmi və texniki fəaliyyət" qrupu üzrə çalışanlar gəlir - 1 720,2 manat.
İlk beşlik "Dövlət idarəetməsi və müdafiə; sosial təminat" sahəsində fəaliyyət göstərənlərin orta əmək haqqı ilə yekunlaşır - 1 365,1 manat.
Bununla belə, Azərbaycanda bank-maliyyə sektorunda rəhbər işçilər neft-qaz sektorundan dəfələrlə çox leqal qazanca malikdirlər. Ölkədə rəsmi milyonerlər də (o cemlədən qadınlar) bu sektorun nümayəndələridir.
İlham Şaban
visiontv.az