Azərbaycanda dost İsrailə yanaşma romantizmə yox, reallığa söykənir
Azərbaycanda dost İsrailə yanaşma romantizmə yox, reallığa söykənir
27.05.2025 Sahib Alıyev Tərəfindən

İsrailin səlahiyyət müddəti yayda başa çatacaq Azərbaycandakı səfiri Corc Dik "The Yerusalem Post" qəzetinə verdiyi açıqlamada soydaşlarımızın 80 faizinin ölkəsinə dost gözü ilə baxdığını açıqlayıb.

Azərbaycan-İsrail əlaqələrinə zərbə vurmaq istəyənlərin troll dəstələrinin ən azından sosial şəbəkədəki fəaliyyətlərini nəzərə alsaq, bu, fenomenal bir haldır. Xatırladım ki, ötən əsrdə 80-ci illərin axırı, 90-cı illərin əvvəlində Azərbaycanda bütövlükdə qərbə yanaşma da buna bənzər idi. Baxmayaraq ki, həmən qərb o zaman da işğalçı Ermənistanın maraqlarından çıxış etdiyini gizlətmirdi. Amma bizdə belə bir fikir vardı ki, onlar regionda nələr baş verdiyindən, kimin haqlı olduğundan xəbərsizdirlər, ona görə belə davranış sərgiləyirlər. O, romantizm idi. İkinci Qarabağ savaşında oynadığı rolu da nəzərə alsaq, Azərbaycanda dost İsrailə bu cür yanaşmada isə romantizm yoxdur, bu, reallığın təsbitidir.

Millət vəkili Sahib Alıyev

visiontv.az